8 Marta özəl restoranlarda vəziyyət necədir? - SORĞU

6 Mart 2025 18:18 (UTC+04:00)

Qarşıdan 8 mart Beynəlxalq qadınlar günü gəlir. Bununla bağlı bəylərimiz xanımlarına hədiyyələrlə yanaşı, onları xoş əhval-ruhiyyə bəxş etmək üçün restoranlara aparırlar. Həmçinin qadınlarda öz rəfiqələri ilə 8 marta özəl restoranlara, əyləncə mərkəzlərinə üz tuturlar. Bəs həmin gün restoranlarda və əyləncə mərkəzlərində qiymətlər, şou-proqramlar necə olacaq? SİA bununla bağlı restoranların 8 marta özəl proqramlarını və qiymətlərini təqdim edir:

“Neolit” restoranı: “Neolit restoranında 8 mart-Beynəlxalq qadınlar gününə özəl şou-proqram olacaq. Həmçinin bu özəl gündə unudulmaz ifalar, dinamik performanslar və yüksək əhval-ruhiyyə ilə dolu bir axşam olacaq. Bununla yanaşı səhnədə Qurd, Ceyhun Bakınsky, Aynur Dadaşova, Amina Şirin, Pərvanə, İsmayıl Hüseynbəyli kimi müğənnilər çıxış edəcək”.

“Manqalüstü” restoran: “ 8 mart Qadınlar gününə özəl möhtəşəm şou-proqram olacaq. Həmçinin həmin günə özəl 1 nəfər üçün qiymət 60 manat təşkil edir. Qiymətə fix menyu və şou-proqramlar daxildir. Həmçinin xüsusi 8 marta özəl menyumuz var. Bu menyuya salatlardan paytaxt, mimoza gülpembe, “sevgi” salatı daxildir. İsti yeməklərə isə çoban qovurma, lülə kababı, tikə kababı, toyuq kababı və s. daxildir. Soyuq qəlyanaltılara tərəvəz buketi, pendir çeşidləri, turşu assorti, göyərti assorti və s. daxildir. Həmşinin içkilər arasında duşes, tərxun kompot və başqa bir çox təamlar yer alır”.

“Hayal Kahvesi”: “8 marta özəl konsert olacaq. Bu konsertin qonağı Röyadır. Həmçinin məkanda ayaqüstü zonalar yer alır. Qiymətləri 60 azn təşkil edir”.

“İstanbul Meyhane” restoranı: “ 8 mart-Dünya qadınlarına özəl gündə möhtə.əm gecə sizləri gözləyir. Bu xüsusi gün üçün fix menyumuz mövcuddur, ləzzətli yeməklər və unudulmaz anlarla dolu bir gecə olacaq. Masaların qiyməti bir nəfər üçün 150 manat nəzərdə tutulmuşdur. Həmçinin gecə üçün planlanmış şou-proqramda Səidə Sultan yer alacaq”.

“Khan” restoranı: “ 8 mart üçün sabit menyumuz təyin olunub. Bir nəfər üçün depozit 120 azn təşkil edir. 8 mart menyumuza bir çox təamlar əlavə olunmuşdur. Menyuya sezar , nar, zoğallı pomidor salatı, bununla yanaşı tərəvəz buketi, pendir assorti, zeytun assorti kimi bir təamlar daxildir. İsti yeməklərə quzu kababı, quzu lülə, dana basdırma və bundan başqa bir çox ləzzətli yeməklər daxildir. həmçinin gecədə şou-proqramın əsas qonağı Elçin Cəfərovdur”.