Bankomatın partladılmasının səbəbi məlum olub

6 Mart 2025 18:12 (UTC+04:00)

...Moskvada ticarət mərkəzində bankomatın partlaması naməlum şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verib. SİA-nın məlumatına görə, bu barədə paytaxt prokurorluğunun mətbuat xidməti bildirib.

İlkin məlumatlara görə, partlayışı Snejnaya küçəsindəki meqamall-a gələnlərdən biri törədib.

Versiyalardan birinə görə, bankomat fırıldaqçıların qurbanına çevrilə bilərdi.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Amma ticarət mərkəzinin binasının şüşələri sındırılıb. Hadisə yerində əməliyyat qrupu işləyir.

Əli Babayev