FHN-in helikopteri ilə vəhşi heyvanların növbəti peyvəndləməsi aparılıb - FOTOLAR - VİDEO

6 Mart 2025 17:17 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılıb. Bu barədə SİA-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə aparılan peyvəndləmə ümumilikdə Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə həyata keçirilib.

Müəyyən edilmiş istiqamətlər üzrə mürəkkəb relyefli dağ-meşə massivlərində həyata keçirilən quduzluq xəstəliyi əleyhinə peyvəndləmə prosesi çərçivəsində helikopter vasitəsilə meşə zolaqlarına ümumilikdə 400 kilometrə yaxın məsafədə 9450 ədəd aldadıcı yem səpilib.

https://youtu.be/FyYFtk_Io1w