Azərbaycanın səhiyyə tarixində qadınların adı ilə bağlı parlaq səhifələr var. Bu gün bütün sahələr üzrə təmsil olunan Azərbaycan xanımları tibb ocaqlarında əzmkarlıqla çalışırlar. Bütün sahələrdə olduğu kimi Azərbaycanın davamlı inkişafı naminə var qüvvəsi ilə çalışanlar arasında səhiyyə işçilərimiz də var. Onların qazandığı uğurlar son nəticədə Azərbaycan xalqının və dövlətimizin uğurları deməkdir.
Ailə dəyərlərinin, milli-mənəvi dəyərlərimizin qorunmasında böyük rolu olan xanımlarımızın fəaliyyəti hər birimizdə böyük məmnunluq hissi doğurur. Qadın həkimlərimiz, tibb işçilərimiz insanların sağlamlığının qorunmasında əsl fədakarlıq nümunəsi göstərirlər. Hazırda ölkəmizdə 17 doğum evi, 130 qadın məsləhətxanası, 248 uşaq poliklinikası və ambulatoriyası vətəndaşlarımızın sağlamlığının keşiyində durur. Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Azərbaycan səhiyyəsinin fədakar həkimlərindən biri, oftalmoloq Aytac Rəfizadənin adını çəkməsək olmaz. Onun peşəkarlığı sayəsində neçə-neçə insanların görmə problemləri həll olunub, şəfa tapıblar. Beynəlxalq Qadınlar Günü münasibətilə doctor Aytac xanımı bütün redaksiya kollektivi adından təbrik edir, ona can sağlığı arzulayırıq.
Məmmədhəsən Məmmədov