Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyanın tərkibi dəyişib

6 Mart 2025 16:43 (UTC+04:00)

Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edilib. SİA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyanın həmsədri əvvəllər əmək və əhalinin sosial müdafiəsi naziri olarkən bu vəzifəni icra edən maliyyə naziri Sahil Babayev olub.

Eyni zamanda Komissiyanın tərkibinə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərindən biri də daxil edilib.