"Bir millət, iki dövlət ortaq gələcək zirvəsi" mövzusunda konfrans keçirilir - YENİLƏNİR - FOTOLAR

6 Mart 2025 16:09 (UTC+04:00)

Bu gün "Bir millət, iki dövlət ortaq gələcək zirvəsi" mövzusunda konfrans keçirilir. SİA xəbər verir ki, tədbir Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının, Türkiyə Cümhuriyyətinin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirin məqsədi Azərbaycanın tarixi və milli dəyərlərini anmaq, ictimai mübarizəni gücləndirmək və iş dünyasında yeni iş birlikləri formalaşdırmaqdır.