"Gəncə" baksetbol klubuna yeni transfer olunan Malek Deyvisin SİA-ya müsahibəsini təqdim edirik:
- “Gəncə”yə transferiniz necə baş tutdu?
- Agentim və məşqçim sayəsində bu keçid reallaşdı. Komandayada təşəkkür edirəm ki, məni qəbul etdilər.
- Sizi Bakıya gətirən səbəb nə oldu?
- Məni bura gətirən yeganə səbəb məşqçim oldu.
- Əvvəllər Azərbaycan basketbolu haqqında məlumatınız var idi?
- Bəli, məlumatım var idi. Azərbaycan Basketbol Liqasını izləyirdim. Burada fərqli klublarda çıxış edən dostlarım var. Onlarla söhbətim zamanı bu barədə danışmışdıq.
- Sizin həmyerliləriniz Bakının digər basketbol klublarında oynayırlar. “Gəncə” klubuna gəlməmişdən əvvəl onlardan məsləhət aldınız?
- Bəli, müxtəlif komandalarda çıxış edən bir neçə dostum var. Bu komandayada gəlməmişdən öncə bir sıra suallarım var idi ki, hər briinə cavab tapdım.
- Komandanız sizi necə qarşıladı?
- Komandam məni qucaq açıb qarşıladı və burada olduğum ilk gündən böyük sevgi nümayiş etdirdi. Buna görə çox minnətdaram.
- Baş məşqçi ilə söhbətiniz necə keçdi?
- İlk dəfə danışdığımızda məşqçi ilə gözəl söhbət oldu, o, mənə vəziyyəti, komandanı və necə uyğunlaşacağımı izah etdi.
- “Gəncə”də əsas məqsədiniz nə olacaq?
- Gəncədə əsas məqsədim odur ki, komandamıza gələcək uğurları üçün kömək edib, böyük naliyyətlər qazanmaqdır.
- Əgər şəhəri gəzmək imkanınız olubsa, Gəncə şəhərində ən çox nəyi bəyəndiniz?
- Komanda və komanda yoldaşlarım çox bəyənirəm. Hələ ki, şəhəri gəzmək imkanım olmayıb.