Azərbaycan Dövlət Pedaqoji Universitetinin akt zalında Zəngəzur mahalının Mığrı bölgəsinin tanınmış ziyalısı, xalq müəllimi, Mığrı rayonunun beynəlmiləl Lehvaz kənd orta məktəbinin direktoru Qüdrət Xuduş oğlu Orucovun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib. SİA xəbər verir ki, tədbir "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayevin çıxışı ilə başlayıb.
Daha sonra universitetin rektoru Cəfər Cəfərov, kimya elmləri doktoru, professor İsmayıl Əliyev, YAP təftiş komissiyasının üzvü Musa Musayev, Fəlsəfə elmlər doktoru Qoşqar Əliyev, "Vətəndaşların sosial Rifahı naminə İB sədri" İradə Rzazadə, C. Cabbarlı adına İrəvan Dövlət Teatrının direktoru İftixar Piriyev, Azərbaycan Milli Konservatoriyanın müəllimi Məhərrəm Dövlətov, Azərbaycan şəhər Bələdiyyələr Milli Asossasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev və digərləri çıxış ediblər.
Bundan əlavə siyasi və dövlət xadimləri, ədəbiyyat və incəsənət xadimləri, ailə üzvləri, yaxınları, Mığrı elinin ziyalıları, alimləri və müəllimləri iştirak edərək Qüdrət Orucov haqqında xatirələrini bölüşüblər.
Bir çox ziyalılar Qüdrət Orucov haqqında müsbət fikirlərini söyləyiblər. ATU-nun dosenti Elza Orucova "O, elə bir isim ki.." və "O sadəcə mənim anam" adlı esselər səsləndirilib. Aktyor Tural Əhmədin çıxışları ilə davam edən tədbirdə "Müxənnət" filmi qısa versiyada ekranlaşadırılıb.
BMT-nin Qida və Kənd Təsərüfatı təşkilatı üzrə Naxçıvan MR-nın nümayəndəsi, Qüdrət Orucovun nəvəsi Gülsəl Səfərova babası haqqında fikirlərini səsləndirib.
Tədbir çıxışlarla davam edib.