Müqəddəs peşə sahibləri

6 Mart 2025 14:51 (UTC+04:00)

Bu gün Azərbaycan qadını cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Azərbaycan qadını bütün dövrlərdə gözəl örnəkləri ilə fərqlənib. Tariximizdə qadınlar müdrikliyi, işgüzarlığı ilə həmişə parlaq səhifələr yazıblar. Elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, idarəçilik, siyasət və s. sahələrdə bir sıra uğurlara imza atması Azərbaycan qadınının intellektual potensialından xəbər verir. Qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayaqlarıdır.

Qadınlar cəmiyyətin bütün sahələrində, o cümlədən də elm-təhsil sahəsində öz əməyi, bacarığı, səriştəsi, davranışı ilə fərqlənirlər. Təhsil sahəsində uğurlara imza atmış qadınlarımız kifayət qədərdir. Onların sırasında Xətai rayonundakı 48 saylı tam orta məktəbin müəllimləri də var. Fürsətdən istifadə edərək məktəbin direktoru Aynur Bağırovanı, dərs-hissə müdiri Solmaz Çobanovanı, sinif müəllimləri İlhamə Məmmədova və Nariyat Abduqalimovanı Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edir, onlara qadın adını, ana adını, müəllim kimi şərəfli adı daşımağı arzu edirik. Qadınlar, analar həyatımızın mənası, bəzəyi və əbədi gözəllikləridir.

Məmmədhəsən MƏMMƏDOV