"Son zamanlar görülən işlər onu göstərir ki, tibbi sığorta tətbiq olunmuş dövlət müəssiələri də resuslarnan təmin olunur, yəni əlçatanlığa önəm verilir ki, görülən işin keyfiyyəti düşməsin. Fikrimcə, bu durum dövlət xəstəxanaları ilə özəl sektor tərəfdaşlığını gücləndirən bir nüansdır". Bu sözləri SİA-ya açıqlamasında infeksionist, ailə həkimi Fidan Həsənli deyib.
Onun sözlərinə görə, dövlət müəssisəsinə müraciət etmiş pasiyentlər lazımi resurlarla təmin oluna bilmədikdə həmin sektor üzrə digər özəl bir müəssisədə çalışan həkimə müraciət edir və orada müayinələrdən (KT, MRT) keçir: "Bu görülən işin müsbət tərəflərindən biridir. Digər müsbət tərəfdə odur ki, hal-hazırda icbari tibbi sığorta sisteminə müraciət edən pasiyent sayı xeyli artıb. Lakin həkimlərin iş yükü çoxaldığından dövlət sektorundan kənarlaşıb özəl sektora müraciət edənlərdə görürük. Düşünürəm bu individual yanaşmadır. Çünki hər tədbiq edilən yeniliyin və sistemin müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də mütləq ki vardır. Ancaq görülən işlər onu göstərir ki biz bunu minimuma endirməyə çalışırıq. Kimə necə iş prinsipi ilə getmək rahatdırsa elə də edir. İndiki zamanda daha çox işin keyfiyyəti və mənfəətin yüksək olmasına önəm verildiyi üçün düşünürəm belə olmağı normaldır".