Azərbaycan futzal millisinin əsas qapıçısı zədələnib

6 Mart 2025 14:11 (UTC+04:00)

Futzal üzrə Avropa çempionatının əsas mərhələsində Yunanıstan yığması ilə oyuna hazırlığı davam etdirən Azərbaycan millisinin heyətində dəyişiklik edilib. SİA xəbər verir ki, Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, məşq prosesində zədələnən Rövşən Hüseynli komandanın düşərgəsindən ayrılıb.

Hazırda toplanışda ikisi qapıçı olmaqla 15 futzalçı iştirak edir. Səfərə onlardan 14-ü gedəcək.

Qeyd edək ki, martın 11-də keçiriləcək Yunanıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.