Sumqayıtda tikilidə yanğın başlayıb. SİA-nın xəbərinə görə, hadisə 2 nömrəli Şəhər Xəstəxanasının yaxınlığındakı tikilidə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və texnikası cəlb olunub.
FHN-dən "Report"a fakt təsdiqlənib.
Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.