"ASCO istiqrazları" üzrə növbəti faiz ödənişləri həyata keçirilib

6 Mart 2025 12:28 (UTC+04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) istiqrazları üzrə növbəti dəfə faiz ödənişləri həyata keçirib. SİA bu barədə ASCO-ya istinadən xəbər verir.

Məlumata görə, istiqrazlar sahibləri ümumilikdə 4,5 milyon ABŞ dolları qazanıb. Faiz ödənişlərinin 3 milyon ABŞ dolları 3 mart 2023-cü ildə dövriyyəyə buraxılmış, ümumi məbləği 100 milyon ABŞ dolları olan istiqrazların, 1,5 milyonu isə 23 fevral 2024-cü ildə dövriyyəyə buraxılmış, ümumi məbləği 50 milyon ABŞ dolları olan istiqrazların payına düşüb.

Hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan “ASCO istiqrazları” 5 illik müddətə tədavülə buraxılıb. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər yarım illik ödənilir.