Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri davam edir. Bu barədə SİA-ya Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Yarışın üçüncü günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb. 48 kq çəkidə mübarizə aparan Banuçiçək Nəsirli 1/4 final çərçivəsində qazaxıstanlı Aiym Tankibayeva ilə üz-üzə gəlib. Görüş boksçumuzun qələbəsi ilə başa çatıb – 3:2 (29:28, 28:29, 29:28, 29:28, 27:30). O, yarımfinalda Natalya Nieviadomska (Polşa) ilə döyüşəcək. Görüş martın 7-də olacaq.
Qeyd edək ki, Nəsirli yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib.