"Nas Exchange" valyuta bazarına daxil olmaqdan imtina edib

6 Mart 2025 11:31 (UTC+04:00)

Azərbaycanda 2024-cü ilin yanvar ayında yaradılmış "Nas Exchange" MMC valyuta bazarına daxil olmaqdan imtina edib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, şirkət nizamnamə kapitalını 550 min manat və ya 12 dəfə azaldaraq 600 min manat manatdan 50 min manata endirdiyini elan edib. Baxmayaraq ki, əvvəlki kapital "Nas Exchange"ə Azərbaycan Mərkəzi Bankından (AMB) valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya almağa, Bakıda 1 valyuta dəyişmə məntəqəsi ilə işləməyə imkan verirdi.

Hazırda Azərbaycanda 7 hüquqi şəxs - "Eliko", "Delta Capital", "Zuhur", "Bakı Mərkəzi Valyuta", "Meta-Kapital", "Money Shop" və “MMK-014” MMC-lər sözügedən lisenziyaya malikdir.

Xatırladaq ki, "Nas Exchange" 2020-ci ilin oktyabr ayında yaradılmış və 2021-ci ilin iyun ayında AMB-dən lisenziya almış "Nas Project" bank olmayan kredit təşkilatı (BOKT) ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 105/35, mənzil 56-da dövlət qeydiyyatına alınıb.