Paytaxtdakı şadlıq evində mənşəyi məlum olmayan məhsullar aşkarlanıb - FOTOLAR

6 Mart 2025 11:16 (UTC+04:00)

Nizami rayonu, Babək prospekti 76 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Dadaşov Eldar Ağa Zəki oğluna məxsus “Sərin” şadlıq evində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları yoxlama keçirib. Bu barədə SİA-ya Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, baxış zamanı obyektdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi, həmçinin mənşəyi məlum olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim edildiyi aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilməklə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.