Lənkəranda yanğın zamanı ata və oğlu xəsarət alıb - YENİLƏNİB

6 Mart 2025 10:59 (UTC+04:00)

Martın 6-sı saat 02:10 radələrində Lənkəran rayonu Girdəni kəndində fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində 2 nəfər (kişi cinsli) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə SİA-ya TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onlara bədənin aşağı və yuxarı ətraflarının, üzün, belin I və II dərəcəli yanığı, sol əlin 1-ci dərəcəli yanığı diaqnozları qoyulub. Zərərçəkənlərə zəruri ilkin tibbi yardım göstərilib.

"Xəsarət alanlardan biri vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Digər şəxsin vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb", - məlumatda qeyd olunub.