Xəbər verdiyimiz kimi bu gün Sumqayıtdan saat 08:55-də Bakıya yola düşməli olan Sumqayıt-Xırdalan-Bakı qatarı 30 dəq gecikib və Biləcəri Dəmiryol stansiyasında dayanmışdı.
Azərbaycan Dəmir Yollarından SİA-ya verilən məlumata görə, qatarın dayanmasına texniki məsələlər səbəb olub və qatar artıq gecikmə ilə mənzil başına çatıb.