Kriptovalyuta bazarının son göstəriciləri

6 Mart 2025 09:48 (UTC+04:00)

Martın 6-da kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti yenidən 90 min dolları ötüb. SİA xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:30-da “CoinMarketCap” platformasında 6.27% bahalaşaraq 92 350 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 6.28% artaraq 2 308 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 3.99%, BNB 3.08%, Tether isə 0.01% bahalaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.