Gəncədə doğuş zamanı ana və körpəsi ölüb

6 Mart 2025 09:46 (UTC+04:00)

Gəncədə doğuş zamanı qadın və körpəsi ölüb. SİA-nın məlumatına görə, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyindəki Abbas Səhhət adına Xəstəxananın doğum şöbəsində qeydə alınıb.

Belə ki şəhər sakini 1984 cü il təvəllüdlü Zülfiyə Yusibova hamiləliyinin 31-ci həftəsində xəstəxanaya müraciət edib. Nəticədə doğuş zamanı ana və bətnindəki uşaq ölüb. Bu, uzun müddət uşağı olmayan qadının birinci hamiləliyi imiş.

Faktla bağlı araşdırma aparılır.