Şəkidə məktəbli intihar edib

6 Mart 2025 09:16 (UTC+04:00)

Şəkidə intihar hadisəsi qeydə alınıb. SİA-nın məlumatına görə, hadisə rayonun Aran kəndində baş verib.

Belə ki, kənd sakini 2011-ci il təvəlllüdlü Tofiq Məmmədovun meyiti yaşadığı ünvanda anbarda tavanın tirindən asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

İlkin araşdırma zamanı məktəblinin intihar etdiyi məlum olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.