Cennifer Hermoso İspaniyanın dövlət mükafatına layiq görülüb. SİA xəbər verir ki, İspaniya milli komandasının futbolçusu 8M mükafatının sahiblərindən biri olub. Bu, daha yaxşı həyat və bərabərlik uğrunda mübarizə aparan qadınlara verilən “8 Mujeres, 8 Motivos” (8 Qadın, 8 Səbəb) mükafatıdır. Mükafat Madriddə İspaniya hökumətinin nümayəndə heyəti tərəfindən təqdim olunur. İspaniyanın paytaxtında doğulmuş, yaşayan və ya işləyən qadınlar ona müraciət edə bilərlər. Bu il mükafat ikinci dəfə təqdim olunub.
"Mən qadınlar üçün dünyanı gələcəkdə daha sadə bir yerə çevirəcək bu kiçik dəyişikliklərlə fəxr edirəm. Bu, Madriddən olan qadınlar üçün bir bələdçi olsun ki, gələcəkdə onlara daha yaxşı həyat sürməyə imkan verəcək lazımi dəyişikliklər baş versin”, – video bağlantı vasitəsilə mərasimə qoşulan Hermoso deyib. Xatırladaq ki, qadınlar arasında 2023-cü il dünya çempionatının finalından sonra İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş prezidenti Luis Rubiales Cennifer Hermosonun dodaqlarından öpmüşdü. Bu ilin fevralında məhkəmə RFEF-in keçmiş rəhbərinə bir il müddətində Hermosoya 200 metr yaxınlaşmağı və onunla ünsiyyət qurmağı qadağan etdi. Rubialesə 18 ay müddətində hər gün 20 avro cərimə də kəsilib. Ümumi cərimə 10 min avrodan çoxdur.