Vaşinqton bundan sonra ABŞ administrasiyasının qanunsuz miqrasiyada iştirak etdiyini güman etdiyi xarici rəsmilərə qarşı birtərəfli sanksiyalar tətbiq edəcək. SİA xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio bəyan edib. “Bu gün yeni viza məhdudiyyətləri siyasətini elan edirəm. Bu məhdudiyyətlər digər ölkələrin hökumət rəsmilərinə, o cümlədən miqrasiya və gömrük xidməti əməkdaşlarına, hava və dəniz limanlarında çalışanlara, eləcə də Vaşinqtonun qanunsuz miqrasiyaya bilərəkdən şərait yaratmaqda şübhəli bildiyi digər məmurlara şamil olunacaq”, – dövlət katibinin yazılı açıqlamasında bildirilib.