Makron Aİ-nin müdafiəsi üçün nüvə silahından istifadə etmək istəyir

6 Mart 2025 04:22 (UTC+04:00)

Fransa prezidenti Emmanuel Makron Avropanı müdafiə etmək ölkəsinin üçün nüvə silahından istifadə etmək istəyir. SİA xəbər verir ki, Fransa lideri bu barədə xalqa müraciətində bildirib.

O, Almaniya kansleri vəzifəsinə namizəd olan Fridrix Merzin çağırışından sonra müttəfiqləri ilə Avropa ölkələrinin Fransanın nüvə çəkindirici qüvvələrinin himayəsi altına qəbul edilməsinin mümkünlüyü ilə bağlı müzakirələrə başlayacağını deyib.

"Gələcək Almaniya kanslerinin tarixi çağırışına cavab olaraq, mən Avropadakı müttəfiqlərimizin Fransanın çəkindirici qüvvələrinin köməyi ilə müdafiəsi ilə bağlı strateji müzakirələr açmağa qərar verdim", - Fransa prezidenti bildirib.

O xatırladıb ki, Fransanın nüvə silahı “1964-cü ildən Avropada sülh və təhlükəsizliyi qoruyub saxlayır”.

Makron vurğulayıb ki, Paris “təhlükələr dünyasında” laqeyd tamaşaçı kimi qala bilməz.