Avropa Parlamentindəki ümumavropa Volt Avropa partiyasının üzvləri öz təkliflərini martın 6-da keçiriləcək fövqəladə sammitdə baxılmaq üçün bu gün Avropa İttifaqı liderlərinə göndərəcəklər.
SİA-nın məlumatına görə, Politico-nun Avropa versiyası onların planına istinadən yazır.
Nəşrin məlumatına görə, sənəd aşağıdakı təşəbbüsləri özündə əks etdirən doqquz bənddən ibarətdir:
-ümumavropa ordusu yaratmaq;
-Avropa diplomatiyasının rəhbəri Kaja Kallası “Avropa İttifaqının tamhüquqlu xarici işlər naziri” təyin etmək;
-Macarıstanı səsvermə hüququndan məhrum etmək;
-Avropa İttifaqının müdafiə sahəsində səlahiyyətlərini genişləndirmək.
Avropa Şurasının (Aİ ölkələrinin dövlət və hökumət başçılarından ibarət) Ukrayna və müdafiə üzrə fövqəladə sammiti fevralın 24-də Avropa Şurasının rəhbəri Antonio Kosta tərəfindən elan edilib.
Avropa İttifaqının yüksək səviyyəli nümayəndəsinin daha sonra aydınlaşdırdığı kimi, görüşün konteksti ABŞ-ın münaqişə ilə bağlı mövqeyində dəyişikliklər olacaq.
Kallas qeyd edib ki, bu, Vaşinqtonun Moskva ilə təmaslarından sonra baş verib. Aİ hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukrayna üçün təhlükəsizlik təminatları hazırlayır.
Əli Babayev