Ağ Ev HƏMAS ilə gizli danışıqlar aparır

5 Mart 2025 20:16 (UTC+04:00)

ABŞ prezidenti Donald Trampın administrasiyası Fələstinin HƏMAS hərəkatı ilə amerikalı girovların azad edilməsi və Qəzza zolağında daha geniş atəşkəs razılaşmasının mümkünlüyü ilə bağlı özəl birbaşa danışıqlar aparır.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Dohada Trampın girovluq məsələləri üzrə xüsusi nümayəndəsi Adam Beyler və HƏMAS nümayəndələri arasında görüşlər baş tutub.

Əli Babayev