Kosmetik vasitələrdən istifadə orucu poza bilərmi? - RƏYLƏR

5 Mart 2025 18:29 (UTC+04:00)

“Ramazan ayının olmazsa-olmaz ibadətlərindən biri də oruc tutmaqdır. Hər kəs çalışır ki, Ramazan boyunca 30 günlük orucu tamamlasın və orucu gözəl şəkildə tutub, Rəbbimizə təslim eləsin. Təbii ki, burada daha çox xanımları maraqlandıran kosmetik vasitələr kimi suallar meydana çıxır: kremlər, ətrilər, pomadalar və s. Təbii ki, bir şeyi fərqinə varmaq lazımdır ki, orucu batil edən amillər məlumdur: onlar yemək, içmək, cinsi əlaqədə olmaq – bunlar orucu əsasən batil edən amillər kimi sayılır. Digər amillər isə yalan danışmaq, böhtan atmaq, qeybət etmək kimi İslam alimləri tərəfindən şiddətlə tənqid olunub və oruc tutan insanın bu işlərdən uzaq olması tövsiyə olunur”. Bu sözləri ilahiyyatçı Ağa Hacıbəyli SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, kosmetik vasitələr orucu pozmaz: “Ancaq oruc tutan xanımlar daha həssas yanaşmalıdırlar. Bu kimi dərini qidalandıran amillərdən uzaq qalsınlar. Mümkün qədəri ilə, Ramazan boyu 12 saatımızı daha gözəl dəstəmaz suyu ilə boyamızı edək. Təbii makyaj dualarımız, zikrlərimiz olsun. Bu yön ilə Ramazanımızı gözəl keçirməyə çalışaq”.

Eyni zamanda məsələ ilə bağlı ilahiyyatçı Yaşar Qurbanov fikirlərini bildirib. Onun sözlərinə görə, uca Allah, Ramazan ayına, digər aylardan fərqli xüsusiyyətlər və üstünlüklər vermişdir: “Oruc tutanın ağzının qoxusu, Allah dәrgahında müşk ətrindən daha xoşdur. Bu ay azğın şeytanlar zәncirlәnir, Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır. Bu ayda, min aydan daha xeyirli olan Qədr gecəsi vardır. Bu gecənin xeyirindən məhrum qalan kimsə xeyrin hamısından məhrum qalar. Çünki bu gündə bütün dualar qəbul olunur. Ramazanın sonunda bütün oruc tutanların günahları bağışlanar. Bu ayda Allahın Cəhənnəm əzabından azad etdiyi şəxslər vardır. Bu Ramazanın bütün gecələrində baş verir”.

Həmçinin ilahiyyatçı qeyd edib ki, oruclu halda kosmetikadan istifadə etmək, nəmləndirici kremlər, yəni bütün bunlar heç biri orucu pozmur. Niyə, çünki bu vasitələr iqda sayılmır. Sadəcə qadınlar dodaq pomadasını istifadə edən zaman ehtiyatlı davranmalıdırlar ki, dodaqlarını çiynəyən zaman poma da ağıza getməsin. Yəni əsas qadınlar bu hərəkətdən çəkinməlidirlər, bunun xaricində isə hamısı məqbul sayılır.