"Bu layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək"

5 Mart 2025 18:09 (UTC+04:00)

Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək.

SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında çıxışında səsləndirib.

Dövlətimizin başçısı bildirib ki, çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən Naxçıvana ötürülərək artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaq.