Almaniya hakimiyyəti ABŞ prezidenti Donald Trampın siyasətinə görə yeni ukraynalı qaçqın dalğasına hazırlaşır. ...ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırmaq qərarı ilə daha çox insanın Almaniyanın şimalına kütləvi şəkildə köçməsi təhlükəsi artır.
SİA-nın məlumatına görə, bu barədə Welt qəzeti yazır.
Qeyd olunur ki, kifayət qədər mənzil və sosial infrastruktur, o cümlədən məktəblər və uşaq bağçaları olmadan “yeni immiqrantların inteqrasiyası mümkün olmayacaq”.
Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış bir müddət əvvəl bildirmişdi ki, Avropada ukraynalı gənclər zəngin həyat tərzi sürdükləri üçün ölkə sakinləri özlərini yorğun hiss edirlər.
Əli Babayev