2025-ci ilin fevralında Rusiyada ölkə üzrə çox az avtomobil satılıb: 2023-cü ilin fevral ayı istisna olmaqla, on illik antirekord qırılıb.
SİA-nın məlumatına görə, Avropa Biznesləri Assosiasiyasının Avtomobil İstehsalçıları Komitəsinin rəhbəri Aleksey Kalivtsev bildirib ki, fevralda ölkə üzrə təxminən 80 min avtomobil satılıb.
Satışlar 2024-cü ilin fevral ayı ilə müqayisədə 24 faiz azalaraq 10 ilin ən aşağı göstəricisidir.
Avropa Biznesləri Assosiasiyası ümid edir ki, bazar öz sürətini özü tənzimləyəcək və satış vəziyyəti sabitləşəcək və daha proqnozlaşdırıla bilən hala gələcək. Hələlik Assosiasiya vəziyyəti qeyri-sabit kimi qiymətləndirir və böyük ehtimalla azalma tendensiyası davam edəcək.
2025-ci ilin yanvar-fevral aylarında Rusiya Federasiyasında demək olar ki, 171 min avtomobil satılıb, satışlar ötən ilin göstəriciləri ilə müqayisədə 10,5 faiz azalıb.
Mütəxəssislər əsas səbəb kimi təkrar emal haqlarının artırılması, avtomobil kreditləri üzrə yüksək faiz dərəcələri və Rusiya vergi qanunvericiliyində dəyişiklikləri göstərirlər. Avropa Biznesləri Assosiasiyası ümid edir ki, Rusiya avtomobil dilerləri bu il təxminən 1,4 milyon avtomobil sata biləcəklər.
Nazlı Almuradova