Hindistanlı balıqçılar Qərbi Benqal əyalətində 200 kiloqramlıq balıq tutub və... sonradan səliqəli bir məbləğə də sata biliblər.
SİA-nın məlumatına görə, bir qrup balıqçı torlarında nəhəng köpəkbalığı görüblər.
Deməli, 200 kiloqram ağırlığında olan balıq Odişa ştatının sahillərində dərin suda torla tutulub. Balıqçılar balıəı sahilə çıxarmaqda çətinlik çəkiblər: yırtıcı qaçaraq ovlanmaq istəmirmiş.
Sonradan köpək balığı satılmaq üçün Diqha balıqçılıq mərkəzinə aparılıb.
Və balığın başına xeyli tamaşaçı yığılıb. Onların arasında həm yerli tamaşaçılar, həm də turistlər olub. Balıqçılar real auksion təşkil ediblər və balıq alınıb, qiyməti də 100 min rupi olub. Belə ki, balıqçılar əvvəllər qazana bilmədikləri böyük məbləğdə pul qazandılar.
Nazlı Almuradova