“Bu gün əslində Ramazanın cəmiyyətə töhfəsi daha böyük olmalıdır. Çünki cəmiyyətdə transformasiyalar, xüsusilə düşüncə transformasiyası baş verir. Belə şəraitdə şübhəsiz ki, məhz bu qaydalar sistemi cəmiyyətdə mənəvi, əxlaqi təmizlənmə həyata keçirməyə kömək etməlidir. Çünki bu gün cəmiyyətə, insana təsir edən müxtəlif təsir vasitələri var. Sosial şəbəkələr, sosial media, insana mənəvi, əxlaqi təsirlər göstərir. Bax belə təsirlər fonunda Ramazan fəzilətləri, bu bayramın müsbət məziyyətləri şübhəsiz ki, cəmiyyətə, insanlığa töhfə verməlidir”. Bu sözləri sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün dünyanın humanizmə ehtiyacı var: “Ona görə insanlar məhz bu bayramın verdiyi mənəvi, əxlaqi dəyərlərdən faydalanmalıdır, paylaşmaqı, bölüşməyi bacarmalıdır. Çətin şəraitdə olan insanlara əl tutmaqı bacarmalıdır. İnsanlar sevinclərini bölüşməli, kədərlərini paylaşmalıdır ki, sakitləşsinlər, yüngülləşsinlər. Bu Ramazan bayramının müasir çağırışlarıda humanist dəyərlər ixrac etmək , humanist mesajlar ötürmək, çağırışlar etmək dir. Azərbaycan həmişə belə bir humanist dəyərlərə sadiqdir. Dünya ölkələrinə də humanist dəyərlər ixrac eləyir. Ölkəmiz daxilin də biz çalışmalıyıq ki, Ramazan bayramının verdiyi dəyərlərdən istifadə edək, faydalanaq. Çünki bu bayramların ötürdüyü dəyərlər mesajlar insanları təmizliyir, bir birinə bağlayır. Güman edirəm ki, biz bu bayramın üstünlüklərindən istifadə etməliyik. Ona görə də din xadimləridə Ramazan bayramının sosial tərəflərini, müxtəlif kütləvi informasiya vasitəsilə, televiziya vasitəsilə qabartmalıdır. Bu bayramın insana qayğı dəyərlərini ötürülməlidir. Bu istiqamətdə daha çox çalışılmalıdır. Çünki bu gün cəmiyyətin humanizmə çox ehtiyacı var. Çalışmalıyıq ki, bunu təbliğ edək. Ramazan bayramının üstünlüklərindən insanlar arası münasibətlərin, sosial anemiyaların aradan götürülməsində, insanların özgələşməsinin qarşısının alınmasında ,insanların bir biri ilə əlaqə qurulmasında, mehriban yaşamasında çalışmalıyıq. Ramazan bu gün ölkə daxilində, qlobal miqyasda çağırışları budur”.