“Azərbaycanda banklar daha çox tikinti, ticarət və kənd təsərrüfatına dair çox kredit verir. İşçi və orta sahibkarlıq güzəştlər sahibkarlığın inkişafı fonduyla,cop xəttiylə güzəştli şərtlər var. Amma təəssüfki kreditlər hər sahibkar üçün əlçətan deyil. Onunda vacib səbəbi odur ki, güzəştli kreditlər qeyri-şəffafdır, yəni şəffaflıq yoxdur. Ona görə də həqiqətəndə dürüstdür ya yanlış olduğunu bilmirik". Bu sözləri bank sahəsi üzrə ekspert Əkrəm Həsənov SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan şəraitində müəyyən söz-söhbətə səbəb olur: "Yəni mən hesab edirəm ki, dövlət xəttiylə tətbiq olunan güzəştlər şəffaf olmalıdır. Hamı bilməlidir ki, kimə verildi, niyə ona verilib, digərinə verilməyib. Buna görə də bütün sifarişlər sahibkarlar tərəfindən və onlara kreditlərin verilməsi haqqında qərarlar onlara verilən qurumların internet saytında dərc olunmalıdır. Bütün bunları sahibkarlığın inkişafı fondu xəttiylə hamı görməlidir. Belə isə banklar öz vəsaitləri hesabına verirlər. Əsasən ticarət sahəsinə verirlər, çünki burada pul tez qayıdır”.
Həmçinin mövzu ilə bağlı Azərbaycan Beynalxalq bankında Biznes monitorinq üzrə ekspert Toğrul Novruəliyev fikirlərini bildirib. Onun sözlərinə görə, son illərdə bank sektorunun biznes kreditləşməsində rolu bir neçə amil nəticəsində dəyişib: “Bu amillər həm makroiqtisadi şərtlər, həm də bank sektorunun struktural dəyişiklikləri ilə əlaqədardır. İqtisadi böhranlar və inflyasiya kimi makroiqtisadi faktorlara görə banklar kredit siyasətlərini daha ehtiyatlı edir, riskləri minimuma endirir. Bununla yanaşı, dijital transformasiya vasitəsilə kredit müraciətləri sürətlənib və daha əlverişli şərtlərlə təklif olunur. Banklar həmçinin daha detallı risk qiymətləndirmə üsullarından istifadə edirlər. Dövlət və beynəlxalq qurumların dəstəyi ilə həyata keçirilən xüsusi proqramlar da KOB-lara daha əlverişli kredit imkanları yaradır.
Banklar kredit verərkən sektoral müxtəlifliyi nəzərə alır və müəyyən sahələrə üstünlük verirlər: tikinti və daşınmaz əmlak, istehsalat, ticarət, kənd təsərrüfatı, texnologiya və innovasiya sahələri. Bu sahələr, banklar üçün daha çox kredit verilməsi ilə diqqət çəkir. Kiçik və orta sahibkarlara (KOB) kreditlər verilərkən, banklar aşağı faiz dərəcələri, uzunmüddətli kreditlər və güzəştli ödəniş şərtləri kimi imkanlar təklif edirlər. Bu güzəştlər KOB-ların maliyyə resurslarına daha asan çıxışını təmin edir və onların inkişafını dəstəkləyir”.