"Bizim üçün təhlükəli ola bilər" - Rita Timonen

5 Mart 2025 16:40 (UTC+04:00)

“Murov Az Terminal”la matçda komandamız blokda və müdafiədə müəyyən çətinliklər yaşadı". SİA xəbər verir ki, bunu “Milli Aviasiya Akademiyası”nın liberosu Rita Timonen Azərbaycan Yüksək Liqasının XIV turunda “Murov Az Terminal”la oyundan sonra Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

O, səhvləri aradan qaldırmağa çalışacaqlarını söyləyib:“Bütün diqqətimizi rəqib komandanın hücumlarının qarşısını almağa yönəltmişdik. Çünki bilirdik ki, hücumçuların oyunu yaxşı alınsa, bizim üçün təhlükəli ola bilər. Komandamız blokda və müdafiədə müəyyən çətinliklər yaşadı. Lakin oyunda mühüm məqamları lazımınca dəyərləndirə bildik. Bundan sonra həm qəbulda, həm digər mövqelərdə səhvimizi aradan qaldırmağa çalışacağıq”.

Qeyd edək ki, “Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal” matçı birincilərin 3:0 (25:19, 25:21, 25:18) hesablı qələbəsi ilə başa çatıb.