Paşinyanın "dəhliz" anlayışı nə zaman bitəcək? - POLİTOLOQ AÇIQLADI

5 Mart 2025 15:31 (UTC+04:00)

"Bildiyimiz kimi Azərbaycan sülh məsələsində çox səmimi davranır. Biz torpaqlarımızı işğaldan azad etdikdən sonra, Ermənistana sülh şərtlərini təqdim etdik. O, şərtlərdə çox prinspial şərtlər var ki, onlar olmasa davamlı sülh qeyri-mümkün olar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan üçün prinspial şərtlər ondan ibarətdir ki, Ermənistan konstusiyasında dəyişikliklər etməlidir, ATƏT-in Minsk Qrupu buraxılmadır. Çünki bu iki amil ümumiyyətlə sülh sazişinin imzalanmasını qeyri-mümkün edir: "Bu onun göstəricisidir ki, Ermənistan ilk fürsətdə yenə də, Azərbaycana qarşı revanş etmək imkanını saxlamaq istəyir. ATƏT-in Minsk Qrupunun bu gün fəaliyyətini davam etməsinə ehtiyac yoxdur. Çünki ATƏT-in Minsk qrupu keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin dinc vasitələrlə tənzimlənməsi üçün yaradılmışdı. Bu gün isə münaqişə mövcud deyil. Deməli ATƏT-in Minsk qrupunun mövcudluğunada ehtiyac qalmır. Ermənistan konstusiyasının preambulasında da, biliyimi kimi Ermənistanın müstəqillik bəyannaməsində istinad edilir ki, orada da, Azərbaycana qarşı ərazi iddiaları var. Yəni bu gün Ermənistan Azərbaycanla sülh sazişi imzalayarsa, konstusiyasında ziddiyyət təşkil edəcək və gələcəkdə heç cür hüquqi qüvvəsi mövcud olmayacaqdır. Ona görə də, sülh müqaviləsinin yeganə səbəbkarı Ermənistandır. Ermənistan sülh ritorikasına üstünlük verir. Amma real addım atmır. Bu o deməkdir ki, Ermənistan regionda gərginliyin qalmasına maraqlıdır. Sözsüz ki, burada kənar dairələrin təlimatlarıda, Ermənistan üzərində təsiridə ciddi rol oynayır. Məsələnin ikinci tərəfi isə, komunikatsiyaların açılması, Zəngəzur dəhlizinin açılmasıdır. Bir neçə gün öncə, Paşinyan yenə cəfəng fikrlər səsləndirdi. O, vurğuladı ki, bütün komunikatsiyalar Azərbaycanın üzünə açıq olduğu halda, Azərbaycan tərəfi Ermənistana münasibətdə bunu etmir. Bunlar əsassız fikrlərdir. Yenə də, Ermənistan guya konstruktiv mövqe nümayiş etdirrir. Guya nəqliyyat komunikatsiyaların açılmasında maraqlıdır. Amma bununla bağlı heç bir praktiki addım atmır.

Bildiyimiz kimi 2020-ci ildə imzalanmış birgə bəyanatda aydın şəkildə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılması ifadəsini tapıbdır. Paşinyanda o sənədə imza atıbdır. Ona görə də, Paşinyanın komunikatsiyaların açılması ilə bağlı, Ermənistanın üzü yola mövqe nümayiş etdirməsi ilə bağlı səsləndirdiyi fikrlər tam əsassızdır. Yenə də Ermənistan regionda iqtisadi layihələrin və nəqliyyat komunikatsiyaların açılmasının qarşısını almaqdadır. Hesab edirəm ki, bunlar müvəqqəti xarakter daşıyır. Azərbaycan özünün güc mövqeyini davamlı olaraq gücləndirməkdədir. Regionda cərrəyan edən proseslərə Azərbaycanın təsiri olduqca böyükdür. Hesab edirəm ki, bundan sonra Azərbaycan qeyri-hərbi yollarla Ermənistanı sülhə məcbur etmək strategiyasını uğurla həyata keçirəcəkdir".