Azərbaycanın FIFA referisi Avropa çempionatının final mərhələsinə təyinat alıb

5 Mart 2025 15:18 (UTC+04:00)

FIFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, I kateqoriyaya malik ədalət təmsilçisinin hakimlər briqadasında Elşad Abdullayev və Pərvin Talıbov köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.

Avropa çempionatının final mərhələsi iyunun 11-28-i aralığında 16 komandanın iştirakı ilə keçiriləcək.