"Gəncə" heyətini daha bir basketbolçu ilə gücləndirib

5 Mart 2025 15:17 (UTC+04:00)

"Gəncə" heyətini daha bir basketbolçu ilə gücləndirib. SİA xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

ABŞ-dən olan Malek Deyvis mövsümün sonuna kimi "Gəncə"də oynayacaq. 25 yaşlı Deyvis hücumçu mövqeyində çıxış edir.

Qeyd edək ki, 178 sm boya malik oyunçunun son klubu Litvada "Alytus" olub. Malek komandamızda 2 nömrəli formanı geyinəcək.