...Türkmənistanda fəxri ad və ya müavinət almaq istəyən qadınlar “üç arxa dönənləri” arasında sinayət törədən qohumlarının olmaması barədə sənədlər toplusu təqdim etməlidir.
SİA-nın məlumatına görə, bu ölkədə “Ənə myahri” (“Ana sevgisi”) fəxri adı üçün müraciət edən qadınlara qarşı tələblər sərtləşdirilibb. İndi bu titulu əldə etmək üçün həm də üç nəsildə qohumlar arasında cinayət keçmişinin olmadığını təsdiq edən “uç arka” arayışı olmalıdır.
Deyək ki, türkmən qadın 8-12 uşaq dünyaya gətirsə belə, əgər onun “üç arxa dönənləri” arasında, ya deyək ki, hansısa uzaq bir qohumu cinayət törətmişsə, deməli o, “Ene myaxri” titulunu ala bilməyəcək.
SİA xatırladır ki, bu, Türkmənistan Qadınlar Birliyinin rayon şöbəsindən bildirilibb. Deyilənlərə görə, yeni tələb bu ildən tətbiq edilib və indi çoxuşaqlı analar icbari yoxlamadan keçirlər.
Yenə də deyilənlərə görə, Qadınlar Birliyi bu əmri “yuxarıdan” alıb. Bu şifahi göstərişə əsasən, velayət pensiya fondu “Ənə myaxri” tituluna iddialı bütün qadınların sənədlərini nəzərdən keçirməli və “üç arxa”nın yoxlanılması üçün arayışlar hazırlamağa borcludur.
Onu da qeyd edək ki, Türkmənistanda çoxuşaqlı ana fəxri adı ənənəvi olaraq Beynəlxalq Qadınlar Günü şərəfinə verilir. Prezident Serdar Berdiməhəmmədov müvafiq sərəncamı fevralın 28-də imzalayıb.
Laureatlara fəxri fərman, sertifikat, habelə yeni evin və ya torpaq sahəsinin açarları təqdim olunur.
Bu il “Ənə myahri” adının rəsmi təqdimat mərasimi martın 7-nə təyin edilib.
...Hər bir uşağa rayon pensiya fondundan, xiyakimlikdən, ünvan bürosundan, polis arxivindən arayışlar almalıyıq ki, cinayəti yoxdur. Bundan sonra "üç arxa"nı yoxlamaq üçün anketlər doldururuq. Bizə dedilər ki, bu il fəxri ad yalnız üç nəsildən olan bir çox övlad şərti ilə "hər şeyi təmiz" olanlara veriləcək.
...“Ənə myahri” fəxri adı almağa ümidli olan türkmən qadını deyir bunu.
Əli Babayev