Ermənistan ordusu Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutub

5 Mart 2025 14:02 (UTC+04:00)

Azərbaycan Ordusunun mövqeləri Ermənistan tərəfdən atəşə tutulub. SİA-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, martın 4-ü saat 22:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.