"Azərbaycanda işsiz gənclər ünvanlı dövlət sosial yardımı ala bilirlər. Bunun üçün təbii ki, müəyyən şərtlər tələb olunur, müəyyən prosedurlardan keçməlidirlər". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Elçin Rəşidov deyib.
Onun sözlərinə görə, ilk növbədə iş axtaran kimi onlar qeydiyyatdan keçə bilərlər. "Bunun üçün isə 15 yaşı tamam olmalıdır ki, iş axtaran statusu olsun. İnternet üzərindən Elektron Hökümət var, E-sosial internet platformaları vasitəsi ilə vətəndaşlar qeydiyyatdan keçə bilərlər. Orada əməklə məşğulluq ad sistemində iş axtaran kimi qeydiyyata durmalıdırlar. Bundan sonra onlara münasib iş təklifi edilir. Adətən belə adamlara iş təklif edilmədikdə isə və yaxud təklif olunan işdən imtina edən şəxslərə bu dəfə işsiz kimi qeydiyyata alınır. İşsiz kimi qeydiyyata alınandan sonra, qeyd etdiyimiz müavinət üçün müraciət edə bilir. Hər hansı bir yetkinlik yaşına çatan adam, hansı ki, ailəni təmsil edir, bilirsiniz ki, ünvanlı dövlətin sosial yardımı bu ailələrə verilir. Təbii ki, əmək qabiliyyəti olan şəxs də sosial yardımın alınması üçün müraciət edə bilir. Əgər hanısa vətəndaş yetkinlik yaşına çatmayıbsa və sosial yardım üçün müraciət edirsə bu zaman qəyyumluq vasitəsi ilə müraciət edə bilərlər. Bunun üçün onlar icra hakimiyyəti orqanlarından ailə tərkibi haqqında arayış alırlar, ailə üzvlərinin razılığını alırlar və bunun üçün də notariusa getməlidirlər və sonra internet vasitəsi ilə ünvanlı yardımın saytına daxil olaraq orada olan bölmələrdə məlumatlarını doldurmalıdırlar. Ondan sonra onlara qrumdan məlumat verilir. Bu sosial yardımlar bildiyimə görə, 1 il ərzində nəzərdə tutulmuşdur".