ETSN-in mütəxəssisləri Neft Emalı Zavodunun ərazisindəki yanğın yerinə gedib - YENİLƏNİB 3

5 Mart 2025 10:59 (UTC+04:00)

Neft Emalı Zavodunun ərazisində baş verən yanğınla bağlı atmosfer havasında monitorinq-ölçmə işlərinin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri əraziyə yollanıb. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.