Naxçıvan Basketbol Federasiyası fəaliyyətini dayandırıb

5 Mart 2025 10:48 (UTC+04:00)

Naxçıvanda daha bir federasiyanın fəaliyyəti dayandırılıb. SİA xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası fəaliyyətini dayandırıb. Federasiya bu addımı öz ərizəsi əsasında edib və ləğv olunub.

Qurum 2002-ci ildə yaradılıb. 2020-ci ilin avqust ayında Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev federasiyanın sədri seçilib.

Qeyd edək ki, Naxçıvanda əvvəl daha bir neçə federasiya fəaliyyətini dayandırmışdı.