Neft Emalı Zavodunun ərazisindəki yanğınla bağlı əraziyə 3 təcili tibbi yardım gedib - YENİLƏNİB 2

5 Mart 2025 10:42 (UTC+04:00)

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:00 radələrində Nizami rayonu, Neft emalı zavodu ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub. TƏBİB-dən SİA-ya bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.