Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb - YENİLƏNİB

5 Mart 2025 10:31 (UTC+04:00)

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub. DİN-in Mətbuat Xidmətindən SİA-ya bildirilib ki, polis əməkdaşları ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülür.