Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV turun oyunları keçiriləcək

5 Mart 2025 10:07 (UTC+04:00)

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün XIV turun oyunları keçiriləcək. SİA xəbər verir ki, MOİK "Azərreyl"lə, “Murov Az Terminal" "Xilasedici" ilə, "Neftçi" isə "Gənclər"lə üz-üzə gələcək.

Azərbaycan Yüksək Liqası

XIV tur

Kişilər

14:00. MOİK - “Azərreyl”

16:00. “Murov Az Terminal” - “Xilasedici”

18:00. “Neftçi” - “Gənclər”

Qeyd edək ki, hər üç oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşəcək.