41 yaşlı qadın qonaq gəldiyi ata evində ölüb

5 Mart 2025 09:47 (UTC+04:00)

Masallıda 41 yaşlı qadın qonaq gəldiyi ata evində ölüb. SİA xəbər verir ki, hadisə rayonun Şəhriyar kəndində qeydə alınıb.

1984-cü il təvəllüdlü Şəlalə Məhərrəmli qonaq gəldiyi atası Bəhrəm Məlikovun evində olan zaman qəflətən ölüb.

Faktla bağlı araşdırma aparılır.