Bakıda kişi dəm qazından ölüb

5 Mart 2025 09:11 (UTC+04:00)

Bakıda 31 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb. SİA xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Bəraət Babakişiyev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.