Türkiyədəki səfirliyimizin Konsulluq şöbəsi 12 günlük bağlanır

5 Mart 2025 07:53 (UTC+04:00)

Azərbaycanın Türkiyədəki səfirliyinin Konsulluq şöbəsi martın 20-dən 31-dək bağlı olacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb Nazirlər Kabinetinin 15.02.2025-ci il tarixli qərarına əsasən, Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar sözügedən tarixlərin qeyri-iş günləri olmasıdır.