Vatikanda Papa Fransisk üçün dua və oruc mərasimi keçiriləcək

5 Mart 2025 05:42 (UTC+04:00)

Xəstəxanada müalicəsi davam etdirilən Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk üçün Vatikanda dua və oruc mərasimi keçiriləcək. SİA xəbər verir ki, Müqəddəs Taxt-Tac bu addımın pontifikə mənəvi dəstək və birlik üçün atıldığını açıqlayıb. Mərasim kardinallar, yepiskoplar, keşişlər və digər dindarların iştirakı ilə martın 9-dan 14-dək baş tutacaq.

2020-ci ildən etibarən bu kimi dua və oruc mərasimləri Papa Fransiskin rəhbərliyi ilə keçirilib. Vatikanda illik dua və oruc mərasimi adəti XI Piusun pontifikatı dövründə başlayıb.