UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları baş tutub. SİA xəbər verir ki, turun ilk oyun günündə dörd qarşılaşma keçirilib.
Gecənin mərkəz oyunu “Real”la “Atletiko” arasında baş tutub. Madrid derbisindən “kral klubu” qalib ayrılıb - 2:1.
“Arsenal” isə səfərdə Niderlandın PSVsini darmadağın edib.
UEFA Çempionlar Liqası
1/8 final
İlk matçlar
“Brügge” – “Aston Villa” - 1:3
“Borussiya” (Dortmund) – “Lill” - 1:1
PSV – “Arsenal” - 1:7
“Real Madrid” – “Atletico Madrid” - 2:1.
Qeyd edək ki, 1/8 finalın digər oyunları oyunları martın 6-na keçən gecə baş tutacaq.